“Baku Bus”un avtobusu yolda alışdı -VİDEO

Bu gün səhər paytaxt yollarının birində “Baku Bus”un avtobusunda yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Videoda avtobusun arxa hissəsinin alovlandığı aydın görülür.

Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, texniki nasazlıq səbəbindən BakuBus MMC-nin istismarında olan 205 nömrəli xətt üzrə avtobusda texniki nasazlıq səbəbindən alovlanma olub:

“Sürücü təlimata uyğun davranaraq alovun yayılmasının qarşısını alıb. Eyni zamanda da avtobusun özünün də yanğınsöndürmə sistemi işə düşüb. Hadisə nəticəsində xəsarət alan yoxdur”.

Həmin videonu təqdim edirik:

Gununsesi.info