“BakuBus”ın sürücüsü yatdı, qəza baş verdi - XƏSARƏT ALAN VAR

  • Müəllif: admin
  • 01 İyun 2017 11:28
2017-06-01-11-10-45550126_02
Paytaxtın Yasamal rayonu ərazisində, Musabəyov parkının yaxınlığında 14 saylı marşrut üzrə hərəkət edən “BakuBus” sərnişin avtobusu yol qəzası törədib.
Gununsesi.info salamnews-a istinadən xəbər verir ki, avtobusun idarəetməsini itirən sürücü nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb. Bu zaman yerindən qopan işıq dirəyi yaxınlıqda dayanmış 14 yaşlı yeniyetməyə dəyib. Yeniyetmə xəsarət alıb.
Sürücünün sükan arxasında yuxuladığı ehtimal edilir.

2017-06-01-11-11-23550126_01

Gununsesi.info