Balakəndə ev yanıb

  • Müəllif: admin
  • 30 Dekabr 2016 22:15

fhn-yangin-sonduren

 

Balakəndə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonu, Gərəkli kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan birmərtəbəli 10 otaqlı evin mətbəxinin tavanı 16 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info