“Balam quş kimi uçub getdi”- Nazpəri Dostəliyeva

  • By admin
  • 23 Mart 2021 09:36
“Oğlum, valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbirstanlığında torpağa tapşırılacaq”.
Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi: “Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı”.
“Elə bil, cənnət quşu idi… Deməli, həyatıma bu da yazılıbmış”…”- deyən sənətçi göz yaşlarını saxlaya bilmədi.
Qeyd edək ki, Xalq artistinin oğlu bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.
Gununsesi.info