“Bank sektorundakı vəziyyət narahatlıq yaradır və iqtisadi inkişafı ləngidir” - ZİYAD SƏMƏDZADƏ

  • By admin
  • 06 Dekabr 2016 12:38
ziya
Bu gün Azərbaycan iqtisadiyyatının inkişafına və həyata keçirilən iqtisadi islaatların davam etdirilməsinə  ciddi mane olan amil bank sektorunda yaranmış vəziyyətdir.
Gununsesi.info xəbər verir ki, bunu parlamentdə Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 2017-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə  görə,  indiyədək aparılan düzgün pul-kredit siyasəti  nəticəsəsində ölkəyə 200 mlrd dollar sərmayə cəlb edilib və ölkədə iri iqtisadi layihələr  həyata keçirilib.
“Ancaq son iki ildə  bank sektorunda yaranmış  vəziyyət narahatlıq yaradır və iqtisadi inkişafı ləngidir.  Cari ildə banklar tərəfindən iqtisadiyyatın inkişafına  cəmi 700 mln  manat həcmində kredit verilib ki, bu kiçik həcmlə də  heç nə etmək olmaz”- deyə, komitə sədri vurğulayıb.
Komitə sədri əlavə edib ki,  yaranmış vəziyyətdən çıxmaq  üçün inflyasıyanı qorumaqala, maliyyə bazarında pul kütləsini artırmalıyıq.
“Bank sektoru bu gün  real sektorun inkişafında yaxından işitrak etməkdən, bu sahəyə kredit ayırmaqdan  çəkinir və ya bunu etmək istəmir. Amma hesab edirəm ki, bank sektoru real sektorun inkişafına yaxında iştirak etməli və  öz töhfəsini verməlidir. Ümidvaram ki, hökumət bu təklifləri nəzərə alacaq və ölkə iqtisadiyyatının inkişafı üçün əlindən gələni edəcək”- deyə, Z.Səmədzadə deyib.
Mürtəza 
Gununsesi.info