“Bank Standard”da 140 milyon manatlıq əmanətin taleyi qaranlıqdadır

  • By admin
  • 05 Oktyabr 2016 14:50

 

bank-standard

«Bank Standard”da 143 milyon manatlıq əmanətin aqibəti sual altındadır.  Qeyd edək ki, Maliyyə Bazarına Nəzarət Palatasının qərarı ilə “Bank Standard” ASC-nin lisenziyası ləğv edilib. Sözügedən bank ölkədə depozitlərin həcminə görə, ikinci yerdə qərarlaşırdı. Devalvasiyadan sonra maliyyə aktivlərində yaranmışproblemlər bankın fəaliyyətində iflic vəziyyət yaratdı. Hətta dövlət büdcəsindən problemli kredit portfelini sağlamlaşdırmaq üçün 15 milyon manatın ayrılması bankın müflisləşməsinin qarşısını ala bilmədi.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun mətbuata açıqlamasından məlum olur ki, “Bank Standard” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 603 milyon, qorunan əmanətlərin cəmi 568 milyon təşkil edir. Kompensasiya olunan əmanətlər 460 milyon, qorunan əmanətçilərin sayı 138 min nəfərdir.

Maliyyə Nazirliyi isəƏmanətlərin Sığortalanması Fonduna Azərbaycan Mərkəzi Bankı tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kredit verilməsi üçün zəmanət verilib. Bildirilir ki,Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş QSC “Bank Standad” KB-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.

Belə aydın olur ki, 143 milyon əmanətin (603-460=143) qaytarılması məsələsi sual altında qalır. Məlumatda da qeyd edilir ki, 603 milyon manat yalnız fiziki şəxslərin əmanətləri təşkil edir. Burada hüquqi şəxslərin depozit hesablarının da aqibəti qaranlıq olaraq qalır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekperti Rəşad Həsənov Gununsesi.info-ya şərhində bildirdi ki, sığortalanmayan əmanətlərin geri qaytarılması ilə bağlı müəyyən problemələr ortaya çıxacaq: “Bankın likvidikliyi kifayət qədər aşağıdır. Eyni zamanda aktivlərində problemlər yaşanır. “Bank Standard” ASC-də problemin yaramasının kökündə sui-istifadə hallarının artması, bank vəsaitlərinin səmərəsiz istifadəsi durur.

Prosedur qaydalarına görə, əmanətlərin və depozitlərin qaytarılması ilk sırada durur. Bura istər sığortalanan, istərsə də sığortalanmayan əmanətlər olsun, daxil edilməlidir. Sığortalanmayan əmanətlər bankın aktivlərinin likvidikləşdirilməsi, kredit portfelinin yığılması hesabına ödənilir. Təəssüf ki, sözügedən bankda likvidikliklə bağlı problemlərin yaşanması, sığortalanmayan əmantələrin bir qisminin qaytarılmaması kimi problem yaşana bilər. “Texnika Bank” və “Bank of Azerbaijan”da da buna bənzər hallar yaşanmışdı”.

Ekspertə görə, bundan sonra hüquqi və fiziki şəxslər depozit yatırarkən daha diqqətli olmağa məcbur olacaqlar.

R.Həsənovun sözlərinə görə, bağlanan bankların hər birində hüquqi şəxslərin, yəni müxtəlif şirkət və təşkilatlaırn hesablarının olması iqtisadi proseslərdə müəyyən çətinliklər yarada bilər: “Bu gün şirkətlərin likvidikliyi ilə bağlı məsələlərdəçox ciddi problemlər var, onlar nəğd pul qıtlığı yaşayırlar. Təbii ki, hər bir şirkət və təşkilat dövriyyənın bir qismindəödəmələri banklar vasitəsilə həyata keçirilir. Bu zaman bankların seçimi müstəqildir.

Indi hüquqi şəxslərə bir tərəfdən kredit əlçatanlığı aşağı düşüb, digər tərəfdən depozitləri ilə bağlı risklər artıb. İndi çox sürətləşirkətlər hesablarını bir bankdan çıxarıb daha iri banka köçürür. Əgər bağlanan banklarda hüquqi şəxslərin depozitlərinin qaytarılmasında problemlər yaşanarsa, onlar müflis ola bilər. Dövlət qurumları bu məsələlərə həssas yanaşmalıdır, nəzarət güclü olmalıdır”.

Maliyyə sahəsi üzrə ekspert Cəfər İbrahimli bildirir ki, “Bank Standard” ASC-dəəhalinin 520 milyon manat və 460 milyon siğorta olunmuşəmanətlər var və bu Əmanətlərin Siğorta Fondu tərəfindən ödəniləcək: “Deməli, burada problem yoxdur.

Ən ciddi problem bankda qalan şirkətlərin hesablarında olan vəsaitlərdir. Bu böyüklükdə bankın bağlanması ilə hesablarda vəsaiti qalan şirkətlərt ən yaxşı halda Fond vəsaitlərini geri götürdükdən sonra hissə-hissə vəsaitlərini alabiləcəklər. Onlarən yaxşı halda 3 il gözləməli olacaqlar. Bu müddət ərzində vəsaiti bankda qalmış, likvidikliyi ən aşağı səviyyəyə düşmüş, iqtisadiyyatın daralması fonunda gəlirləri kəskin azalmışşirkətlər necə işləyib iqtisadiyyatin bu vəziyyətdən çıxmasıüçün əlavə dəyər yaradacaqlar? Əhali əmanətləri ilə birlikdəşirkətlərin vəsaitlərinin heç olmasa bir hissəsinin qaytarılması məsələsinə baxmaq lazımdır”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info