Banka silahlı basqın - YARALANAN VAR

  • Müəllif: admin
  • 22 Yanvar 2018 23:02

Gürcüstanın Kutaisi şəhərində “Bank of Georgia” bankının filiallarından birinə silahlı hücum olub.

Gununsesi.info xəbər verir ki, hücum edən şəxs bank filialının əməkdaşını odlu silahla yaralayıb. O, xəstəxanaya çatdırılıb.

Silahlı oğru bankdan müyyən məbləğdə pul götürərək hadisə yerindən qaça bilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi cinayətkarın saxlanılması istiqamətində istintaq tədbirləri həyata keçirir.

Gununsesi.info