İşdən çıxarılan müstəntiq xanımının həbs olunmasını istəyir

Hüseynova Nərgiz Məhəmməd qızı müxtəlif internet saytlarına mənim barəmdə müsahibə verərək, şərəf və ləyaqətimi ləkələyən, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır. Nərgiz Hüseynova verdiyi müsahibələrində ona fiziki işgəncələr verdiyimi, azadlığını məhdudlaşdırdığımı, dövlətin mənə verdiyi odlu silahı onun başına tuşlayıb onu öldürməklə hədələdiyimi söyləmişdir.

Gununsesi.info xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynov Gununsesi.info-ya müsahibəsində bildirmişdir. O qeyd edir ki:

Hüseynova Nərgiz Məhəmməd qızının barəmdə yaydığı məlumatlar tamamilə şər və böhtandan ibarətdir, qərəzli şəkildə iş kollektivində, məni tanıyan şəxslər arasında nüfuzumu aşağı salmaq, şərəf və ləyaqətimi alçaltmaqdan ötrü edilmişdir.

Buna görə də onun barəsində AR Cinayət Məcəlləsinin 147.2-ci(ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işinin başlanmasını və Nərgiz Hüseynovanın 6 ay müddətində azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişəm.

Adı çəkilən şəxs Nərgiz Hüseynovanı xüsusi ittiham qardasında məhkəməyə vermiş, hal-hazırda iş Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbovanının icraatındadır. Qeyd etdiyimiz iş üzrə 26 may 2023-cü il saat 15:00 a da məhkəmə prosesi təyin olunmuşdur.

 

 

Şəbnəm

Gununsesi.info