Barak Obama Donald Trampı tənqid edib

  • Müəllif: admin
  • 02 İyun 2017 11:54

05

ABŞ-ın sabiq prezidenti Barak Obama ABŞ-ın hazırkı prezidenti Donald Trampın apardığı siyasəti sərt şəkildə tənqid edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Obama Trampın “Paris İqlim Sazişi”ndən imtina qərarının elan edilməsini düzgün hesab etmir.

“Trump rəhbərliyi gələcəyi rədd edən bir ovuc birliyə qoşulub. Hər zaman Amerika Birləşmiş Ştatları “Paris İqlim Sazişi”ndə nəzərdə tutlan layihələrin önündə yer almalıdır. Mən əminəm ki, əyalətlərimiz, şəhərlərimiz inkişaf edəcək. İş adamlarının imkanları artacaq və gələcək nəsillər üçün əlimizdəki tək olan planetin qorunmasına yardımcı olacaqlar” -, deyə B.Obama bildirib.

Anar

Gununsesi.info