Barak və Mişel Obamalardan romantik paylaşım - FOTOLAR

  • By admin
  • 04 Oktyabr 2019 11:24

55 yaşlı Mişel və 58 yaşlı Barak Obama evliliklərinin 27-ci ildönümünü qeyd ediblər. Bu hadisə münasibətilə ABŞ-ın keçmiş prezidenti və ölkənin keçmiş birinci xanımı “Instagram” izləyiciləri ilə şəxsi arxivdəki fotolarını paylaşıb.  

“27 il əvvəl bu oğlan mənə həyat dolu bir macəra vəd etdi… İl dönümümüz mübarək, Barak…”, – Mişel ərini sosial şəbəkədə təbrik edib. 

Barak Obama isə öz növbəsində “Instagram” hesabında həyat yoldaşı ilə romantik bir şəkil paylaşaraq “The Beatles” qrupundan sitat gətirib: 

“The Beatles” deyir ki, getdikcə daha da yaxşı olur. 27 heyrətamiz il üçün təşəkkür edirəm, sevgilim”.

Barak Obama səkkiz il ABŞ-ın prezidenti olub. Dövlət başçısı vəzifəsindən gedərək uzun tətilə çıxıb. Bu yaxınlarda isə məşhur cütlüyün başı kitab yazmağa qarışıb, həmçinin, onlar “Netflix”lə film və televiziya şouları hazırlamaq üçün müqavilələrə imza atıblar.