“Barışmayacağıq…” – millət vəkili

  • By admin
  • 07 İyul 2016 08:21

 

siaphoto_520261

 

“Beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmalıdır”

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O, bildirib ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Dağlıq Qarabağı və digər əraziləri Azərbaycana geri qaytarmalıdır. Millət vəkilinin sözlərinə görə, bu haqda hələ 1993-cü ildə ATƏT və BMT-nin Təhlükəsizlik Şurası qərarlar qəbul edib. “Bu münaqişə dondurulmuş münaqişə deyil. Beynəlxalq birlik işğal altında olan ərazilərin geri qaytarılması üçün Ermənistana təzyiq göstərməlidir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərədar olsa da, torpaqlarının işğal altında qalması ilə heç zaman barışmayacaq”- deyə, S.Fətəliyeva daha sonra vurğualyıb.

Gununsesi.info