
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək Berti Foqts Bakıya gəlib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, martın 24-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqtsla görüşüb.
Anar
Gununsesi.info










