Baş nazir getməlidir -Zurabişvili

“Böhranı həll edə bilməyən, ancaq insanları təhdid etməyi bilən və heç bir siyasi vasitə ilə güzəştə getməyən baş nazir dəyişdirilməlidir. Baş nazir istefa verən kimi mən iki həftədən sonra seçki təyin etməliyəm”.

Gununsesi.info xəbər verir ki, bu Gürcüstan prezidenti Salome Zurabişvili dövlət kanalına müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, bu, ölkədə yaranmış böhranın həllidir.

“Bizdə böhran var, ya yox? Əgər gözümüzü yumub görmək istəmiriksə, o zaman bu baş versin və təsadüflərə buraxılan bu böhran böyük təhlükədir. Biz bir çarə tapa bilərik, siyasi həll yolu isə bütün ölkələrdə baş verir: böhranı həll edə bilməyən, ancaq insanları təhdid etməyi bilən, heç bir siyasi vasitə ilə güzəştə getməyən baş nazir dəyişdirilməlidir. Baş nazir istefa verən kimi mən iki həftədən sonra seçki təyin etməliyəm”, – deyə Zurabişvili vurğulayıb.

 

 

Gununsesi.info