
“Məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda əldə edilən inkişaf nəticəsində əmək haqqılar və pensiylar 10% faiz artırılıb”.
Gununsesi.info xəbər verir ki, bunu baş nazir Artur Rasi-zadə bu gün Milli Məclisdə hesabatı zamanı deyib.
Onun sözlərinə görə, bu artımlar ümüumilikdə 3,6 milyon insanı əhatə edib.
O əlavə edib ki, hesabat ilində ölkənin qazlaşdırılması 90 faizə çatıb: “ÜDM 3 dəfə artıb. Qeyri-neft ixracı 3, 3 dəfə, orta aylıq əməkhaqqı 6,5 dəfə, qeyri-neft sektorunda istehsal 5,6 dəfə artıb”.
Baş nazir deyib ki, maliyyə-bank sektorundan baş verən proseslər tədiyyə balansında böyük kəsr yaradıb:
“ Bir sıra bankların yaxşı işləməməsi, Beynəlxalq Bankın başçısının cinayətkar fəaliyyəti bank sektoruna ziyan vurub. Bunu nəzərə alan ölkə başçısı bank sektorundakı vəziyyəti araşdırmaq üçün yeni bir qurumun , Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına qərar verib və bank sektorundakı vəziyyət araşdırılıb. Nəticədə bu ölkənin iqtisadi durumunun sabitləşməsinə gətirib çıxarıb. Bundan əlavə, qeyri-neft sənayesində istehsal 5 faiz artıb. 400-dən artıq sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatında mövcud istehsal 2,6 dəfə artıb”.
Baş nazir onu da deyib ki, ötən hesabat dövründə ölkədə 400 sənaye məüssisəsi istifadəyə verilib.
Mürtəza
Gununsesi.info












