Baş prokuror vətəndaşlarla görüşdü

  • By admin
  • 30 Avqust 2019 12:20

Baş prokuror Zakir Qaralov avqustun 30-da Quba rayon prokurorluğunun inzibati binasında Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.

Gununsesi.org xəbər verir ki, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 15 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

 Gununsesi.org