
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran əsilli azəri iş adamı Rza Zərrabla bağlı istintaq işləri aparan və mart ayında ABŞ prezidenti Donald Tramp tərəfindən gözlənilmədən vəzifəsindən uzaqlaşdırılan Nyu-Yorkun baş prokuroru Prit Bhararanın yeni işi hər kəsi təəccübləndirib. Belə ki, baş prokuror mediya sahəsində çalışacaq.
Bharara önümüzdəki aylarda yayımlanması nəzərdə tutulan televiziya proqramına aparıcılıq edəcək, eyni zamanda əyləncəli xəbərlər hazırlayaraq internet saytlarına yerləşdirəcək.
ABŞ-ın ən güclü federal prokuroru kimi qiymətləndirilən Bharara əvvəlki vəzifəsində çalışarkən təşkil etdiyi mətbuat konfranslarının sonunda işlətdiyi “Stay tuned” (izləmədə qalın) sözünü proqramına ad seçib.
Prokuror vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Nyu-York Universitetində dərs deyən Prit Bhararanın mediya sektorunda çalışacağı xəbəri hər kəs üçün gözlənilməz olub.
Gununsesi.info











