Baş redaktor Prezidentə müraciət etdi

  • Müəllif: admin
  • 04 Fevral 2019 17:52

Məlum olduğu kimi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qsəd cinayəti ilə bağlı ölkədə fəaliyyət gösətərən bir qrup xəbər saytına qarşı cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğunda istintaqa cəlb edilən jurnalistlərdən biri də Teref.info saytının rəbəri Nurəddin İsmayılovdur (Xoca).

Barəsində CM-nin 181, 309 və 313-cü maddələri ilə cinayət işi başlanan jurnalist prezident İlham Əliyevə müraciət edib.

Gununsesi.org həmin müraciəti təqdim edir:

 

Möhtərəm cənab Prezident!
Teref.info saytının baş redaktoru, 2-ci qrup Qarabağ əlili olaraq sizə müraciət edirəm!

Teref.info saytının baş redaktoru olaraq həmişə qanunlar çərçivəsində hərəkət etmişəm. Bakı Prokurorluğunun mənə açdığı cinayət işi mənim etmədiyim bir cinayəti mənə şamil edir. Bu cinayət işinin materiallarından da aydın olur ki, ittiham qondarmadır, amma buna baxmayaraq iş məhkəmə istintaqına yönəldilib.

Rəhbəri olduğum saytda 06.07.2018 tarixində Musavat.com saytına istinadən
“Etibar Pirverdiyevin kriptovalyuta biznesi ortaya çıxdı – Sumqayıtda milyardlıq BİTKOİN MAYNİNQ “FERMASI” TİKDİRİB”:
09.07.2018 –ci il tarixdə isə Reportyor.info saytına istinadən
““Azərenerji”yoxlanır, Pirverdiyev “işıq terroru” üçün dindirilir – “finski” korrupsiya…” yazılarını yerləşdirmişəm.
Bu yazıları yerləşdirəndə onu nəzərə almışam ki, bu yazılar internet portallarında yayımlanıb və təkzib edilməyib. Həmçinin KİV haqqında qanunun 62 maddəsinin 3 bəndinə, yəni
“Maddə 62. Məsuliyyətdən azad edilmə halları Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat;
1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xidmətlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri,
7 dekabr 1999-cu il № 769-IQ”

Bu maddəyə əsasən öz əməlimdə heç bir günah və ya cinayət məsuliyyəti görmürəm. Onu da nəzərinizə çatdırım ki, yazılar sosial tənqidi yazılardır. Və əsasən də sizin məlum iclasda çıxışınız və Etibar Piriverdiyevin Azərbaycanı elə fors major vəziyyətə saldığına görə etdiyiniz çıxışdan sonra yazılmışdır. Yazıda bir məmurun yarıtmaz işi ölkəni necə 2 gün işıqsız qoyduğu və regionda sizin apardığınız siyasətə necə ziyan vurduğu vurğulanır
Orda dövlətə və mövcud hakimiyyətə qarşı heç bir çağırış yoxdur.
Mən istəmirəm ki, belə saxta cinayt işi hansısa beynəlxalq tıəşkilatlarda dövlətimizə qarşı istifadə olunsun!
Möhtərəm Prezident, bir baş redaktor, bir 2-ci qrup Qarabağ əlili kimi bu işi şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm! İnanıram ki, istintaq orqanlarından fərqli olaraq Siz ədalətli qərar verəcək və işin məhkəmə istintaqı başlamadan ləğvinə göstəıriş verəcəksiniz.

Hörmətlə,

Tere.info saytının baş redaktoru, 2-ci qrup Qarabağ əlili Nurəddin İsmayılov.