Basketbolçuya 9 il hökm oxundu

  • Müəllif: admin
  • 15 Mart 2017 14:18

hebsxana-1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satmaqda təqsirləndirilən Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Toğrul Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəlilabad rayon sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb. T. Əsgərov basketbolçu olub. O, ölkənin bir-neçə basketbol klublarında oynayıb, “Qala” basketbol klubunun üzvü olub.

Gununsesi.info