“Battle of Br “ands” layihəsi gəncləri bir araya gətirdi

  • By admin
  • 24 Aprel 2018 09:50

Nəhayət həftələrdir haqqında danışılan “Battle of Br “ands” layihəsi baş tutdu.

Gununsesi.info-ya verilən məlumata görə, aprelin 21-I“New Baku Otel”-də “Student Club Azerbaijan”, Equalpress.az və Azad İstehlakçılar Birliyi tərəfindən keçirilən tədbirdə şirkətlər, media qurumları gənclər bir araya gəlib.

Tədbir Cümhuriyyətin 100 illiyində ölkə iqtisadiyyatının, mətbuatıngəncliyin qarşılıqlı əlaqəsinin vacibliyindən danışan Elnur Məmmədovun açılış nitqi ilə başladı. Tədbirdə iştirak edən şirkətmedia nümayəndələrinə təşəkkür edilib, komandalara uğurlar arzulandı.

Ardınca tədbirdə “Avrora LLC”-nin marketoloqu, “Laferalla”-nın Brend Meneceri Novruz Rüstəmov (Novak Rustamovič) öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşdü, onlara marketinq haqqında ən zəruri biliklərdən danışdı.

Bundan sonra  müxtəlif şirkətləri təmsil edəcək komandalar tərəfdaş şirkətlərin verdiyi hədiyyə uğrunda mübarizəyə başladılar. Hər komandanın təmsil etdiyi şirkətlərin köynəklərinin geyinməsi, roll-uplar, bannerlər, flayerlər, hədiyyələr və digərləri tam bir marketinq ab-havası yaradırdı. Məkanın bayraqlarla bəzədilməsi isə Cümhuriyyətin 100 illiyini tam əks etdirirdi. Digər intellektual yarışlardan fərqli olaraq bu yarışı daha maraqlı edən gənclərin məntiqləri və dünyagörüşləri ilə yanaşı Brendlər haqqında biliklərinin də sınağa çəkilməsi oldu.

Komandalar üç mərhələdə  mübarizə apardılar, gərgin və maraqlı keçən yarışın sonunda 3-cü yerin sahibi “Step IT” komandası, 2-ci yerin sahibi “Butam” komandası və 1-ci yerin sahibi “Betek” komandası oldu və müxtəif şirkətlərdən dəyərli hədiyyələr qazandılar.