Bayden Kiyevdə olanda Putin qorxulu silahı işə saldı -FOTO

ABŞ prezidenti Co Bayden Kiyevdə olarkən Rusiya Sarmat qitələrarası ballistik raketi sınaqdan keçirib.

Gununsesi.info  xəbər verir ki, bu barədə CNN kanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Şeytan” adı ilə də tanınan ballistik raketin sınağı uğursuz keçib.

“Moskva raket sınağı ilə bağlı Vaşinqtonu məlumatlandırıb. Nüvə başlığı daşıyan 18 min kilometr mənzilli raket Şimal və Cənub qütblərini keçərək, hədəfi vurmaq qabiliyyətinə malikdir. Lakin sınaq uğursuz keçdiyi üçün Putin çıxışında buna toxunmayıb”, – mənbələr bildirir.

Gununsesi.info