Bayden Makrona güzgü hədiyyə etdi - FOTOLAR

  • By admin
  • 02 Dekabr 2022 10:56

Dekabrın 1-i Ağ Evdə ABŞ və Fransa Prezidentləri Co Baydenlə Emmanuel Makron arasında görüş keçirilib. 

Gununsesi.info “The Washington Post”a istinadən xəbər verir ki, görüş zamanı Bayden fransalı həmkarına taxta çərçivəli güzgü hədiyyə edib.

Məlumata görə, güzgünün çərçivələri Ağ Ev ətrafından toplanmış ağac materialdan hazırlanıb.

Bununla yanaşı, Bayden Makrona amerikalı musiqiçilərin mahnılarından ibarət vinil val kolleksiyası da hədiyyə edib.

Fransa Prezidenti də Ağ Evə əliboş gəlməyib. Belə ki, Yelisey Sarayının yaydığı məlumata görə, Emmanuel Makron və xanımı Bricit Bayden cütlüyünə 1966-cı ilin “Kişi və Qadın” adlı məşhur fransız filminin orijinal musiqi albomunun valını və diskini hədiyyə edib. Bildirilir ki, Co və Cil Bayden ilk görüşləri zamanı məhz bu filmi izləyib.

Eyni zamanda, Makron Baydenə “LIP” saatı və “Saint James” sviteri bağışlayıb. Bununla yanaşı, Makron cütlüyü ABŞ-nin birinci xanımına Qustav Floberin “Madam Bovari” əsərini və Albert Kamyunun əsələrini hədiyyə ediblər.


Gununsesi.info