Bayden Netanyahuya təşəkkür etdi

  • By admin
  • 21 May 2021 09:19

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benjamin Netanyahu ilə telefonda danışıb.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın dövlət başçısı İsrailə Qəzza sektorunda hərbi əməliyyatları dayandırmaqla bağlı qərarınə görə təşəkkür edib.

Bayden deyib: “Baş nazir Benyamin Netanyahu ilə danışıqlarda 11 gündən az müddətdə mövcud hərbi əməliyyatlara son qoyduğuna görə ona təşəkkür etdim. Mən həmçinin bu münaqişə boyunca dediklərimi də vurğuladım: ABŞ İsrailin Qəzzada HƏMAS və digər terrorçu qruplaşmaların İsraildə günahsız insanların həyatına son qoyan raket hücumlarından müdafiə hüququnu tam dəstəkləyir”.

ABŞ rəhbəri bildirib ki, Birləşmiş Ştatlar “Dəmir günbəz” Hava Hücumundan Müdafiə sisteminin bərpasına imkan yaradacaq.

Bayden həmçinin Misir prezidenti Əbdülfəttah əl-Sisiyə atəşin dayandırılmasında vasitəçiliyinə görə təşəkkür edib.

Bayden əlavə edib ki, ABŞ HƏMAS-la deyil, Fələstin administrasiyası ilə tam əməkdaşlıq edəcək və Qəzzanın bərpasına yardım edəcək.

Gununsesi.info