Bayden-Putin görüşü neytral ərazidə keçirilə bilər

  • By admin
  • 21 Fevral 2022 18:02

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında sammit neytral ərazidə keçirilə bilər.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi yanında Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərar hələlik qəbul edilməyib.

“Adətən bu cür tədbirlər neytral ərazidə keçirilir, ancaq bununla bağlı qərar hələlik qəbul edilməyib”, – deyə o bildirib.

 

Gununsesi.info