Bayden Tixanoviskaya ilə görüşdü - ABŞ-dan LUKAŞENKUNUN ƏSAS RƏQİBİNƏ BÖYÜK DİQQƏT

  • By admin
  • 28 İyul 2021 21:45
Belarus diktatoru Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanoviskaya Amerikada ciddi görüşlər keçirməkdədir.
Gununsesi.info xatırladır ki, Tixanoviskaya səfər çərçivəsində  Dövlət katibi Entoni Blinken, Dövlət katibinin müavini Viktoriya Nuland, Dövlər katibinin köməkçisi Derek Şolle, Co Baydenin təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.
Tixanovskaya konqresmenlər və senatorlarla bir neçə görüş keçirib. Bundan əlavə o, ABŞ siyasətinin canlı əfsanəsi Madlen Olbraytla da görüşüb.
Dünən isə o, nəhayət,  ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Gununsesi.info