Bayden və Netanyahu arasında kritik müzakirə

  • By admin
  • 19 Mart 2024 09:10

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə Qəzzadakı son hadisələri müzakirə edib.

Gununsesi.info bildirir ki, İsrail hökumətinin mətbuat xidməti ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Benyamin Netanyahu arasında 45 dəqiqəlik telefon danışığı ilə bağlı açıqlama verib.

Netanyahu qeyd edib ki, o, Baydenlə Qəzzada baş verən son hadisələri və İsrailin bütün məqsədlərinə çatmaq əzmini müzakirə ediblər.

Sözügedən məqsədləri “HƏMAS-ın aradan qaldırılması, bütün məhbusların azad edilməsi və Qəzzənin artıq İsrail üçün təhlükə olmamasının təmin edilməsi” olaraq sıralayan Netanyahu Qəzzaya “bu məqsədlərə çatmağa kömək edəcək lazımi humanitar yardımı” təmin edəcəklərini də qeyd edib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ağ Evdə keçirdiyi mətbuat brifinqində Qəzzadakı son vəziyyəti və Bayden ilə Netanyahu arasındakı telefon danışığını qiymətləndirib.

Sallivan qeyd edib ki, Bayden və Netanyahunun təxminən bir aylıq fasilədən sonra telefon danışığı olub və söhbət zamanı Qəzzadakı böhranın bütün aspektləri müzakirə olunub.

ABŞ-ın İsrailin təhlükəsizliyinə qətiyyətlə bağlı olduğunu vurğulayan Sallivan Qəzzada minlərlə uşaq da daxil olmaqla çox sayda mülki şəxsin öldürüldüyünü bildirib.

Sallivan bildirib ki, Bayden İsrailin baş nazirinə 1 milyondan çox fələstinli mülki vətəndaşın sığındığı Rəfah şəhərində hər hansı quru əməliyyatı və ya işğal hərəkatı keçirməməli olduğunu deyib.

 

Gununsesi.info