Bayram günü 2 min dəfə təcili yardıma zəng edilib

  • By admin
  • 05 Sentyabr 2017 21:15

tecili-yardim-masinina-yol-vermeyen-suruculer-cezalandirilacaq

Gununsesi.info xəbər verir ki, bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-ə yaxın çağırış daxil olub. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, bayram günlərində stansiyaya daxil olan çağırışların sayında artım olmayıb: “Adi günlərdə olduğu kimi, bayram günlərində də təxminən eyni sayda çağırış daxil olub. Bayram günlərində hər hansısa fərqli xəstəliklər üzrə çağırışlar daxil olmayıb”.

M.Mirzəzadənin sözlərinə görə, ümumiyyətlə müraciətlərdə ürək-damar sistemi xəstəlikləri ilə bağlı çağırışlar üstünlük təşkil edir.

Gununsesi.info