Bayram günü jurnalistin evini qarət etdilər - ATV İŞÇSİNƏ 37 MİNLİK ZƏRƏR DƏYİB

  • Müəllif: admin
  • 25 Mart 2019 10:25

ATV-nin “İdman Xəbərləri” verilişinin aparıcısı Vüsal Qurbanovun evindən oğurluq olub.

Gununsesi.org “ATV Xəbər”ə istinadən xəbər verir ki, hadisə martın 22-də baş verib.

 Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul oğurlanıb.

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb. Araşdırma davam edir.