
“13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, 10 il azadlıqdan məhrum olunan Bayram Məmmədovun səhhətində problem var”.
Bu haqda Gununsesi.info-ya Bayram Məmmədovun atası Fərman Məmmədov məlumat verib. Onun sözlərinə görə, B.Məmmədov 3-4 gündür 39 dərəcə hərarətdən əziyyət çəkir:
“Özü də zəng etmişdi. Dedi ki, 3 gündür yediklərini qaytarır, iynə vursalar da hərarəti düşmür. Güman ki, güclü hava axını olan yerdə yatır, soyuq dəyib”.
Fərman Məmmədov qeyd edib ki, oğlunun yeri hələ də dəyişdirilməyib:
“Gələn həftə üçün vəd veriblər. Görək necə olacaq”.
Qeyd edək ki, AXCP üzvləri Bayram Məmmədov və Qiyas İbrahimlə birlikdə 2016-cı il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Gülnaz Qənbərli
Gununsesi.info









