Bayram münasibəti əhaliyə bayram payları verilib

  • By admin
  • 04 İyun 2019 19:58

Ramazan bayramı ərəfəsində Nəsimi rayonunda aztəminatlı ailələrə bayram payları təqdim olunub.

Gununsesi.org xəbər verir ki, Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunub, imkansızlara müxtəlif köməkliklər göstərilib. Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində növbəti tədbir – Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, 20 Yanvar, Əlillər, Gözdən Əlillər və digər ictimai təşkilatların, rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilib.

Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq bağlamaları hazırlanıb və bu tədbirdə onlara paylanılıb.