“Bazar-Store”da vətəndaşlar belə aldadılır -FOTO

  • Müəllif: admin
  • 04 Oktyabr 2017 14:00

bazarstor

Ölkənin ərzaq məhsullarının ən çox satıldığı “Bazar-Store” mağazalar şəbəkəsində vətəndaşların aldadılması, zamanı keçmiş məhsulların satılması ilə bağlı xəbərlər zaman-zaman ortaya çıxır.

Şəki şəhərindən Gununsesi.info-ya göndərilən bir faktda isə müştərinin açıq-aşkar aldadılması əks olunub.

Belə ki, Şəki sakini Yaqub Əliyevə saytımıza göndərdiyi fotoda duruj halva padsol vanilin satış sərgisində  bir qiymətə, alış qəbzində isə başqa qiymətə satıldığı görünür.

Məsələ ilə bağlı “bazar-Store” və İqtisadiyyat Nazirliyinin mövqeyini işıqlandırmağa çalışacağıq.

Gununsesi.info