Bazardan dəmir və taxta alarkən diqqətli olun!  - ÖLÇÜLƏR DÜZGÜN DEYİL - VİDEO

  • Müəllif: admin
  • 09 Aprel 2017 23:29

tikinti bazari

Tikinti materialları bazarında satılan taxtaların və dəmirlərin ölçüləri düz deyil. Bunu həm satıcılar, həm də alıcılar təsdiqləyir.

Gununsesi.info-nun məlumatına görə, xezerxeber-in əməkdaşı bu gün bazarlarda olub və alıcıların aldadılmasının səbəblərini araşdırıb. Satıcıların maraqlı etirafları üzə çıxıb.

Tikinti bazarına gedənlər diqqətli olun. Taxta və dəmir alarkən aldadıla bilərsiz. Çünkü bazarlarda satılan əksər dəmir lövhələr və taxtaların ölçüləri düz çıxmır.

Alıcıların bu iddiasını elə satıcıların özləri də təsdiqlədi. Faktı sizə daha dəqiq göstərmək üçün dəmir lövhələrin qalınlığını biz də ölçdük.

Eyni iddia taxta bazarında da təsdiqini tapdı. Satıcılar bunun səbəbini əsasən taxtanın quruması ilə əlaqələndirdilər.

Hüquqşunaslar isə deyirlər ki, burada istehlakçıların hüquqları birmənalı olaraq pozulur. Vətəndaşlar mütləq əvvəlcə satıcıdan alışı təsdiq edən hər hansı bir sənəd almalıdır. Əgər vətəndaş aldadılıbsa əvvəlcə satıcıya həmin sənədlə müraciət etməlidir. Satıcı tərəfindən problem aradan qaldırılmadıqda bu zaman vətəndaş Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya məhkəməyə müraciət edə bilər. Vətəndaşın dediyi məsələ öz təsdiqini taparsa fiziki şəxsləri 350-500 manat, hüquqi şəxslər isə 2 min manata qədər cərimə gözləyir.

Gununsesi.info