BDU-da müasir türkologiyadan danışıldı

  • By admin
  • 29 Dekabr 2016 12:30

 

 n1

 

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş «Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)» mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı fil.f.d. Elçin Məmmədov I Türkoloji qurultayın tarixindən və bu konfransın əhəmiyyətindən danışıb. O, həmçinin bildirib ki, konfransa Azərbaycanın 15 elm və təhsil müəssisələrindən ümumilikdə 168 məqalə ilə 182 nəfər qatılıb. Natiq konfransın materiallar toplusunda respublikamızın görkəmli alimlərinin məqalələri ilə yanaşı, bakalavr və magistratura pillələrində təhsil alan gənclərin də məqalələrinin geniş yer almasını müsbət hal kimi qiymətləndirib.

Sonra Türkologiya kafedrasının profesoru Elbrus Əziziov çıxış edərək qurultayda türk dillərinin tarixi və inkişaf mərhələlərindən bəhs edib. Ardınca prof. Cəlil Nağıyev türkoloji qurultayın pərdəarxası məqamlarından danışıb, mühüm məsələlərə toxunub.

Daha sonra çıxış edənlər: dos. Rəhilə Quliyeva I Türkoloji qurultayda orfoqrafiya məsələlərindən, dos. Məhbubə Qurbanova qurultayın türkologiya tarixindəki rolundan, Pərvin Eyvazov prof. B.Çobanzadənin fəaliyyətindən, Ramil Bayramov terminlologiya məsələrindən danışaraq bu mötəbər və tarixi hadisənin mahiyyətindən, dünya türkologiyasına verdiyi töhfələrdən bəhs etmişlər.

Plenardan sonra konfrans öz işini  “Dilçilik” və “Ədəbiyyatşünaslıq”  bölmələri üzrə davam etdirib.

nig

 

Nigar Cəfərli

Gununsesi.info