BDU-nun tələbələri qəzaya düşdü

  • By admin
  • 19 May 2022 11:35

Axşam saatlarında Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, xəsarət alanlar 2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu olub. Onları yolu keçərkən taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bildirib ki, tələbələr yüngül sınıq xəsarətləri alıb.

“Onlar artıq xəstəxanadan evə buraxılıblar. Hər üçü Sosial elmlər və Psixologiya fakültəsinin tələbəsidir”, – deyə o vurğulayıb.

Gununsesi.info