Behrudi əməliyyat olunacaq

  • By admin
  • 07 İyun 2022 12:13

“Bu ayın 18-də Bakıda əməliyyat olunacağam. Moskvadan gələn həkim əməliyyat edəcək”.

Bunu Publika.az-a açıqlamasında türk dünyasının tanınmış şairi Rüstəm Behrudi deyib.

Şair hazırda ev şəraitində mülicəsini davam etdirdiyini söyləyib:

“Ağrılarım var, müalicə alıram. Amma buna baxmayaraq, yeni kitabımın üzərində işləyirəm. Adını da qoymuşam: “Kəpənək adam”. Düzdür, ağrıya-ağrıya kitab hazırlamaq bir qədər çətindir. Çalışıram tezliklə hazırlayıb, nəşriyyata göndərim”.