Bekhamın 450 milyon dollarlıq yeni evi – FOTOLAR

  • By admin
  • 07 Aprel 2020 15:53

Dünyaca məşhur futbolçu və model Devid Bekhamın Mayamidəki yeni evini kəşf etməyə hazır olun!

Gununsesi.org xəbər verir ki, ötən illərdə qurduğu “İnter Mayami” idman klubunun işlərinə görə tez-tez Mayamidə vaxt keçirən Bekham bu evi 450 milyon dollara satın alıb.

Dizaynını dünyaca məşhur mərhum memar Zaha Hadidin etdiyi lüks dam min kvadratmetrlik ərazini əhatə edir. Bütün şəhəri panaromik görmə fürsəti verən ev ultra lüks məkanları, parlaq qara döşəməsi, qazonlu bölgələri ilə diqqət çəkir.

Beş yataq otağı, altı hamam, idman zalı və ev kinoteatrı olan mənzilin fotolarını təqdim edirik:

Gununsesi.org