
“Fətullah Gülənin ABŞ-dan qaçacağına dair kəşfiyyat məlumatı əldə etmişik”.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, bunun Türkiyənin ədliyyə naziri Bekir Bozdağ jurnalistlərə açıqlama verərkən bir daha bəyan edib.
“Fətullah Gülən qaçmağa çalışır, bununla bağlı kəşfiyyat məlumatlarımız var. Bəzi ölkələrdəki fətullahçılar müvafiq yerlər axtarmağa başlayıblar. Buna dair məlumatlar alırıq. Bunları ABŞ səlahiyyətlilərinə də bildirmişik.” – , deyə türkiyəli nazir bildirib.
Qeyd edək ki, Fəthüllah Gülən hazırda ABŞ-da, Pensilvaniya ştatındadır.
Anar
Gununsesi.info












