Belarus: Ukrayna hücum etməmək paktı təklif etdi

  • By admin
  • 24 Yanvar 2023 21:49

Belarusun prezidenti Aleksandr Lukaşenko Belarus ordusunun Ukraynaya irəliləməməsi üçün Kiyevin ölkəsinə hücum etməmə anlaşmasını təklif etdiyini söyləyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hökumət toplantısına qatılan lider Qərb ölkələrinin Belarusla bağlı öz planlarından vaz keçmədiyini söyləyib. Lukaşenko iddia edib ki, Qərb Ukraynada “aşırı millətçiləri və militanlara” təhsil verməyə davam edir.

Belarus lideri ölkəsini sərhədinə yaxın bölgələrə Avropa Birliyi ölkələrindən və Ukraynanın silahlı qüvvələrindən ibarət 23 min 500 nəfərlik bir qrupun yığıldığını bildirib.

Tərcümə: Arzu Sayaadoğlu

Gununsesi.info