Belarusda son sutkada 751 nəfər koronavirusa yoluxdu

  • By admin
  • 24 Aprel 2020 18:19

Belarusda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 751 nəfər artaraq 8 773 olub.

Gununsesi.org-un worldometers.info-ya istinadən verdiyi xəbərə görə, son sutka ərzində daha 3 xəstə koronavirusdan vəfat edib.

Belarusda koronavirusdan ölənlərin sayı 63 nəfər, sağalanların ümumi sayı isə 1 120 nəfərdir.

Ölkədə koronavirusun müəyyənləşməsi üçün ümumilikdə 130 min test aparılıb.