Belçikalı nazirdən maraqlı təklif - "MƏKTƏBLƏRDƏ ƏRƏB DİLİ TƏDRİS OLUNSUN"

  • By admin
  • 07 Fevral 2018 20:36

Belçikanın dövlət qulluğu və büdcə işləri üzrə naziri Andre Flao ölkənin fransızdilli bölgəsindəki məktəblərdə ərəb dilinin tədris olunmasını təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində yazıb.

A.Flao bildirib ki, bu təklifin irəli sürülməsində məqsəd ehtiram və dinc birgəyaşayış prinsiplərinin təmin olunmasıdır.

Qeyd edək ki, son araşdırmalara əsasən, Belçikada ölkə əhalisinin 7 faizini müsəlmanlar təşkil edir.

Gununsesi.info