“Benzinin qiymətinin dəyişməsini şirkətlər tənzimləmir” – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 23 Mart 2020 17:40

“Benzinin qiymətinin dəyişməsi şirkətlər tərəfindən tənzimlənmir, bu, hökumətin qəbul edəcəyi qərardır”

Gununsesi.org xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Neftin dünya bazarında kəskin ucuzlaşması fonunda vaxtaşırı bunun cəmiyyətdə benzinin qiymətinə təsir edib etməyəcəyi məsələsi müzakirəyə səbəb olur.

Məsələyə bir daha aydınlıq gətirən İbrahim Əhmədov bildirib ki, benzinin, xüsusilə ən çox istifadə edilən Ai-92 markalı yanacağın qiymətinin dəyişilməsi dövlət tərəfindən tənzimlənir. Bu, həm də həmin növ yanacağın xammalının maya dəyərinin qiymətinin dəyişməməsi ilə bağlıdır:

“Ai-92 markalı benzinin maya dəyəri necə idisə, indi də elə qalır. Bu həm də ona görədir ki, onun xammalı xaricdən deyil, ölkə daxilindən gəlir. Yəni xammalın dəyərini bazar müəyyən etmir, ölkə daxilində təyin olunur”.

Gununsesi.org