Berlinin mərkəzində silah səsləri eşidildi

  • By admin
  • 30 Dekabr 2019 20:31

Almaniyanın paytaxtı Berlinin mərkəzində mağazaların birində silah səsləri eşidilib.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs Fridrixştrasse rayonunda ətrafa atəş açmağa başlayıb. İnsidenti törədən şəxs bir neçə dəfə atəş açdıqdan sonra isə gizlənib. Hazırda polis onun axtarışlarını aparır. Hadisənin oğurluq məqsədi ilə törədildiyi ehtimal olunur.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

 

Gununsesi.org