Beşmərtəbəli yaşayış binasında güclü yanğın olub

  • By admin
  • 11 Sentyabr 2016 09:58

evyanqin

Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında yaşayan vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan hamamın plastik qapısı və lambirindən ibarət tavanı deformasiyaya uğrayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info