
Türkiyənin məşhur şoumeni Beyazit (Beyaz) Öztürk aktrisa Büşra Pekinlə nikah masasına əyləşib.
Gununsesi.info-nun posta.com.tr-yə istinadən verdiyi məlumata görə, Beyazit Öztürkün aparıcılıq etdiyi “Beyaz Show”nun bu dəfəki qonaqları “Kolonyo Cumhuriyeti” filminin baş qəhrəmanları Büşra Pekin, Ümit Besen, Arif Susam və Cengiz Kurtoğlu olub.
Verilişlərində tamaşaçılarına komedik səhnələr təqdim edən Beyazit tamaşaçılarına sürpriz edərək Büşra Pekinlə nikah masasına əyləşib.
https://www.youtube.com/watch?v=Ar1GbsPRL88
Gununsesi.info












