Beyləqanda ağır qəza: ölən və yaralananlar var

  • By admin
  • 07 Dekabr 2017 22:27


Bu gün saat 20 radələrində Beyləqan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, rayonunun Daşburun adlanan ərazisində “VAZ 2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ 2107”-nin sürücüsü Xocavənd sakini, 1970-ci təvəllüdlü Cəbiyev Hüseynağa Ağarəzi oğlu hadisə yerində dünyasını dəyişib.

“Mercedes”in sürücüsü və sərnişini ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə araşdırılır.

Gununsesi.info