Beyləqanda minik avtomobili yanıb

  • By admin
  • 05 Mart 2018 08:10

Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonunda “Ford” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info