Beyləqanda traktor aşıb - 1 NƏFƏR DÜNYASINI DƏYİŞDİ

  • By admin
  • 25 Sentyabr 2019 20:19

Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 24-də saat 20 radələrində Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “Belarus” markalı traktoru aşırıb. Nəticədə sərnişini olan həmkəndlisi Sevdim Əkbərov hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

 

Gununsesi.org