Beyləqanda zəncirvari qəza baş verib - ÖLƏNLƏR VAR

  • By admin
  • 23 Fevral 2018 09:20

Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər ölüb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd “VAZ” markalı minik avtomobili və “BMW” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış “VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Gununsesi.info