Beynəlxalq Amnistiya Təşkilatı İsrailin aparteid rejiminə son verməsini tələb etdi

  • By admin
  • 03 Fevral 2023 17:20

Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) İsrailin Fələstin torpaqlarında qan tökməyə cə acılara səbəb olan aparteid rejiminə son qoymasına çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təşkilatdan verilən açıqlamada qurumun aparteid rejiminə qarşı kampaniya başlatdığı son bir ildə 220 Fələstin vətəndaşının öldürüldüyünü açıaqlayıb.

İsrailli yetkililərin Fələstin torpaqlarında qan tökməyə və acılara səbəb olan aparteid rejiminə son qoymasının gərəkli olduğuna diqqət çəkən açıqlamada hüquqdankənar işlənən insanlıq cinayətlərinin bu rejimin qalıcılığına yardımçı olduğuna işarə edilib.

Açıqlamada İsrail qüvvələrinin işğal altındakı Qərbi Şəriədəki Cenin şəhərində 9 nəfəri öldürdüyü hücumdan sonra Qüdsdə 7 israillinin həyatını itirdiyi aksiyaya xatırlatma edilir. Vurğulanır ki, bundan sonra kütləvi “cəzalandırma” vasitəsi olaraq fələstinlilərə yönəlik nəzaraət altına alma əməliyyatları ilə evləri dağıtmağa cəhdlərini başlatmasını açıqlayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info