
Hökumət Azərbaycan Beynəlxalq Bankın (ABB) xarici borclanmasını ödəməyə məcburdur.
Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov parlamentin komitələrinin bu gün keçirilən iclasında 2017-ci il büdcəsi zamanı səslənən fikirləri cavablandırarkən deyib.
Onun sözlərinən görə, ABB-nin xarici borclanması var və onu verməyə məcburdurlar.
O, deyib ki, manatın məzənnəsinin əhəmiyyətli korreksiyası nəticəsində 2015-2016-cı ildə xidmətlər sahəsində mal ixracatını təxminən 6 milyard manat azaltmağa nail olublar.
“Bu ona gətirib çıxarır ki, tədiyyə balansı iki hissədən ibarətdir. Yəni, ticarət balansının əsas məzmununu təşkil edən cari əməluiyyatlar balansı və orada xidmətlər balansı var. Cari əməliyyatlar balansında müəyyən şərti hesablamalar aparsaq, o, bu gün tarazlığa çox yaxındır. Yəni, görülən işlər nəticəsində cari əməliyyatlar balansı, ticarət balansı müsbətdir amma cari əməliyyatlar balansını da sıfıra yaxınlaşdırıb”- deyə. E. Rüstəmov vurğulayıb.
Bununla belə, Mərkəzi Bankın rəhbəri əlvə edib ki, bütövlükdə kapital hərəkəti balanslında problemlər var.
“Bu, nədən ibarətdir? Bu, ondan ibarətdir ki, bizim çoxdan toplanmış xarici borc problemlərimiz var.Hansı ki, şirkətlərə dövlət zəmanətilə verilən borclar var. Onlar reallaşır və onları qaytarmaq lazımdır. Bu, bazara çox ciddi təsir göstərə bilir. Biz çox nəhəng beynəlxalq layihə həyata keçiririk. Bu, TANAP layihəsidir və bunu maliyyələşdirmək üçün ölkə valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olur. Ona görə də bu layihə tədiyyə balansının kapitalın hərəkətli hissəsinə təsir edir. Əgər bütün bunları qiymətləndirsək, bütövlükdə bu il gözlənilən 5 milyard dollar mənfi saldosu əhəmiyyətli rəqəmdir. Çünki onun 88-90%-i məhz kapitalın hərəkətli hissəsi ilə bağlıdır. Yəni, bu, keçmiş və gələcəklə bağlıdır-keçmişdə götürülmüş borclar və gələcəkdəki layihələrimizlə əlaqədardır”- deyə, E. Rüstəmov qeyd edib.
Mürtəza
Gununsesi.info









