Beynəlxalq birlik Ermənistana təzyiq etməsə, “aprel döyüşləri” daha agır formada təkraralan bilər - Millət vəkili

  • By admin
  • 27 Fevral 2017 14:00
 elman-nesirov-2016
Beynəlxalq birlik Ermənistana işğalçı siyasətinə son verməsi ilə bağlı bu ölkəyə  təzyiq etmək üçün  lazımi qətiyyət və siyasi iradə ortaya qoymasa, o zaman   hadisələr 2016-cı il aprel döyüşləri ssenarisində inkişaf edə bilər.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafi, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Nəsirov   son günlərdə cəbhə xəttinda yaranmış gərgin vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, hadisələr bu fonda inkişafı edərsə, heç kim təminat vermir ki, “aprel döyüşləri”  daha ağır formada təkrarlanmayacaq:
“Ümimiyyətlə, regionda  irimiqyaslı müharibə başlaya bilər. Bunun dərk etmək üçünsə  elə də xüsusi ağıl yiyəsi olmağa ehtiyac yoxdur”.
Son günlərdə baş verən vəziyyətə gəldikdə isə millət vəkili bildirib ki,  Sərkisyan rejiminin  niyyəti  mövcud vəziyyəti  maksimum qoruyub saxlamaqdır.
“Yəni, status-kvonu davamlı etməkdir.  Sərkisyan rejimi bu niyyətini həyata keçirmək üçün ənənəvi taktikadan istifadə edərək, təmas xəttində təxribatlar törədir. Biz bugünlərdə  Sərkisyan rejiminin  siyasi və hərbi yöndən təxribatının şahidi olduq”- deyə, millət vəkili vurğulayıb.
E.Nəsirov əlavə edib ki, siyasi yönümlü təxribat dedikdə, burada  söhbət işğal nəticəsində  Azərbaycan torpaqlarında yaradılan  separatçı rejimdə keçirilən “referendum” nəzərdə tutulur.
 “Düzdür, beynəlxalq birlik nə bu rejimi, nə də onun keçirdiyi “referendumu”  tanımır.  Bu rejimi  heç Ermənistanın özü də tanımaq iqtidarında deyil. Əslində, bu,  İrəvanın danışıqlar prosesinə arxadan vurduğu zərbədir. Bununla İrəvan  onsuz da münaqişəsinin nizamlanması ilə bağlı dalana dirənmiş danışıqlar prosesini  məhvə aparır.
Sərkisyan rejiminin ikinci təxribatı isə  fevralın 24-dən 25-nə keçən gecə həyata keçirməyə çalışdı. Ermənistan bu təxribatı ilə bir neçə məqsədə nail olmaq istəyirdi. Birincisi, Xocalı soyqırımın 25 illiyi ərəfəsində beynəlxalq birliyin diqqətini maksimum bu faciədən yayındırmaqla, öz cinayətlərini ört-basdır etməyə çalışdı. Ona görə də belə bir avantüraya əl atdı.
İkinci səbəbi Ermənistandakı daxili vəziyyətlə bağlıdır. Yəni, aprelin 2-də Ermənistanda  parlament seçkiləri keçiriləcək və  Sərkisyanın da vəziyət ürəkaçan deyil. Belə bir avantüraya əl atmaqla, Sərkisyan  ölkə daxilindəki vəziyyətdən diqqəti yayındıraraq, onu cəbhə xəttinə yönəltmək istəyir.
Ən nəhayət, Sərkisyan bu avantürası ilə  status-kvonu qoruyub-saxlamağa, danışıqlar prosesini pozamağa çalışır”- deyə, millət vəkili vurğulayıb.
E. Nəsirovun  dediyinə görə, niyyət budur ki,  danışıqlar  davam etsə də, bu danışıqların predmeti  torpaqların azad olunması yox, atəşkəsin qorunub-saxlanması olsun.
Beynəlxalq aləmin   sərgilədiyi mövqeyə gəlincə, E. Nəsirov  deyib ki,  yenə də beynəlxalq birliyin susqunluğunun şahidi olduq.
“ATƏT-in  Minsk Qrupunun həmsədr ölkələri cəbhədəki durumla bağlı bəyanat versələr də, bununla  onlar ancaq  yaranmış vəziyyətlə əlaqədar narahatçılıqlarını ifadə ediblər. Bundan o yana getməyiblər. Biz bu bəyantda Ermənistana qarşı  hər hansı kəsərli mövqeyin şahidi olmadıq. Biz artıq beynəlxalq təşkilatların belə mövqe sərgiləmələrinə  öyrənmişik və bu, artıq reallıqdır”- deyə, E. Nəsirov  vurğulayıb.
Millət vəkili hesab edir ki, beynəlxalq birlik Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün  ortaya qətiyyətli və siyasi iradə ortaya qoymalıdır:
“Əgər beynəlxalq birlik   belə bir mövqe sərgiləməsə, o zaman  hadisələr 2016-cı ilin “aprel döyüşləri” ssenarisindən də pis formada inkişaf edə bilər.  O zaman heç kim təmina verə bilməz ki, “aprel döyüşləri”  daha ağır formada təkrarlanmayacaq. Ümimiyyətlə, regionda  irimiqyaslı müharibə başlaya bilər. Bunu dərk etmək üçünsə  elə də xüsusi ağıl yiyəsi olmağa ehtiyac yoxdur”.
Mürtəza
Gununsesi.info